“Məleykə Abbaszadəni başa düşə bilmirəm...” – DİM sədrinin açıqlaması etiraz doğurdu
16:19 / 28.10.2021
1901
Dövlət
İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə özəl
kursları tənqid edib. DİM sədri
özəl kursların abituriyentlər üçün təşkil etdiyi sınaq imtahnlarında toplanılan
yüksək ballların qəbul nəticələrinə adekvat olmadığını qeyd edib.
Maraqlıdır,
özəl kursların kurs və tədris metodu DİM-in standarlarına cavab verirmi? DİM sədrinin
bu səpkidə açıqlaması özəl kurslara olan güvəni sarsıda bilər?
Mövzu ilə
bağlı Sfera.az-a danışan təhsil eksperti Elvin Bədirov özəl kursların sınaq
imtahanlarından əldə olunan nəticələrin yüksək olmasının səbəblərini açıqlayıb:
"Başa
düşə bilmirəm ki, Dövlət İmtahan Mərkəzinin sədri bu məsləyə münasibət bildirməyə
nədən ehtiyac duyur? Təbiidir ki, özəl kursların nəticələri ilə DİM-in
keçirdiyi imtahan nəticələri üst-üstə düşməyə bilər. Bu da müəssisələrin
keçirdiyi sınaq imtahanların mövzular üzrə olmasından qaynaqlanır. Yəni özəl
kurslar son ayda tədris olunmuş dərslər üzrə test tapşırıqları təqdim edir. Bu
imtahan nəticəsi də şagirdin tam göstəricisi demək deyil. Yəni abituriyent özəl
kursların bu cür sınaqlarında 400 mümkün baldan 350 bal toplaya bilər. Lakin
DİM sınaq imtahanında bu rəqəmin 280 bal olması kimi halları da müşahidə edə
bilərik. Təcrübə göstərir ki, özəl kursların sınaq imtahanlarında yüksək nəticə
göstərən abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanında da yüksək nəticə
göstərirlər”.
Ekspert
DİM-in təşkil etdiyi sınaq imtahnlarının nəticələrinin də qəbul imtahanı ilə
uzlaşmadığına diqqət çəkib:
"DİM son
iki il ərzində sınaq imtahanları keçirə bilməsə də, bundan əvvəlki illərdə bu
cür sınaq imtahanları keçirirdi. Həmin imtahanların da nəticələri eynilə DİM-in
qəbul imtahanı nəticələri ilə fərqlənirdi. Məsələn, elə hal da olub ki, may ayında 700 mümkün baldan 400-500 bal
toplayan şagird qəbul imtahanında daha yüksək toplayıb. Ona görə bu məsələlər
bir-birini tamamlamaya bilməz. Özəl kursların keçirdiyi sınaq imtahanları bu səpkidə
olan boşluğu doldura bilir və abituriyentlər üçün faydalıdır.
Məlum
olduğu kimi, iki il ərzində 10-11-ci sinif şagirdləri ənənəvi tədrisdən uzaq
qaldılar. Lakin qəbul nəticələri demək olar ki, ötən illərlə müqayisədə eynilik
təşkil edirdi. Bu da o deməkdir ki, ali təhsil müəssisələrinə qəbul
imtahanlarının nəticələri əsas etibarilə özəl kursların və repititorların zəhmətinin
nəticəsidir. Bir qrupun əməyini yerə vurmaq olmaz”.