“Məktub yazmışıq, inanırıq ki...” – Zəfər Günü münasibətilə əfv sərəncamı olacaq?

“Məktub yazmışıq, inanırıq ki...” – Zəfər Günü münasibətilə əfv sərəncamı olacaq?
Ötən illər ərzində Prezident İlham Əliyev 67 əfv qərarı imzalayıb və ümumilikdə 10 mindən çox məhbus azadlığına qovuşub. Qarşıdan 8 noyabr tarixi gəlir və bu gün Azərbaycanda ilk dəfə Zəfər günü qeyd ediləcək.
 
Maraqlıdır, ölkəmizdə ilk dəfə qeyd ediləcək Zəfər Günündə Prezidentin növbəti əfv qərarı gözlənilirmi?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, ölkəmizdə ilk dəfə qeyd ediləcək Zəfər günü ilə əlaqədar hazırda həbsdə olan insaların əfv edilməsi, amnistiyaya düşməsi istiqamətində müvafiq məktub ünvanlamışıq.

"Biz də istəyirik ki, belə əlamətdar bir gündə həbsdə olan insanlar yenidən azadlığa qovuşsun. Düşünürəm, bizim ünvanladığımız məktub diqqətə alınacaq. Buna çox ümidliyik. Bilirsiniz, hazırda həbsdə ömrünün son illərini yaşayan yaşlı insanlar var. Xüsusi ilə belə şəxslərin azadlığa çıxması çox önəmlidir. Digər tərəfdən, nisbətən yüngül cəzalar törədən və ya cəsasının böyük bir qismini çəkən şəxslərin azadlığa buraxılması istiqamətində də işlər gedir”.
 
N. Cəfəroğlu qeyd edib ki, ünvanladığımız məktubda bir sıra siyasi məhbusların da adı var:

"Siyasi məhbuslarla bağlı da müraciət ünvanlamışıq. Ölkəmizdə siyasi məhbusların olması beynəlxalq aləmdə nüfuzumuza ciddi zərər verir. İnanıram ki, dövlət başçısı müraciətimizi diqqətə alacaq və hazırda həbsdə olan siyasi məhbusları azadlığa buraxacaq. Xüsusilə Tovuz, Gəncə, Tərtər hadisələri zamanı həbs edilən şəxslər, məhkəmə prosesi düzgün aparılmayan siyasi məhbusların azadlığa buraxılmasını gözləyirik”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...