Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş... - FOTOLAR

Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş... - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib.

Sfera.az-ın məlumatına görə, Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.

Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş əl atəş açıb. Güllələrdən onu baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qonşuların verdiyi məlumata görə, qətli törədən şəxs "Azəriqaz"ın əməkdaşı olub. O, polis tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.
 
(Qafqazinfo)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş... - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib. Sfera.az-ın məlumatına görə, Qasımov...

DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - Onlayn fırıldaqçının FOTOSU

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkələr vasi...

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOLAR

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçıl...

Qalmaqallı videosu yayılan general oğlunun qanunsuz əməllərlə dolu həyatı - TƏFƏRRÜATLAR

General Novruzəli Orucovun oğlu Rüstəm Orucov marketdə məhsullara ziyan vurmaqla yenidən gündəmə gəlib.   Sfera.az xatırladır ki, eks məmurun oğlu bundan...

İldə 17 milyard dollar qazanan “çinli Eskobar” necə ələ keçdi...

Bir neçə gün əvvəl, yanvarın sonlarında beynəlxalq narkomafiyanın başçısı, narkotiklərdən ildə 17 milyard dollar qazanan  çin əsilli Kanada vətəndaşı Se Çi...

DİN-dən fişəng satanlara XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslərə xəbərdarlıq edib. ...