Məktəblilər arasında koronavirusa yoluxma artacaq? – “Bundan qaçmaq olmayacaq”
12:41 / 20.10.2021
818
"Adi respirator viruslara yoluxan uşaqların müqaviməti
düşdüyü üçün onlar koronavirusa da yoluxacaq”.
Sfera.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. Pediatr təhsil müəssisələrinin açılmasının yoluxmalara səbəb olacağının əvvəlcədən proqnozlaşdırıldığını deyib:
"Məktəblərin ənənəvi tədris formasına qayıtmasından sonra yoluxmaların artması gözlənilən idi. Orta təhsil müəssisələrində koronavirusa yoluxmanın olmasını səhiyyə sektoru da, təhsil sektoru da etiraf edir. Koronavirus olmasaydı, mövsümi virusların baş qaldırması əlbəttə, gözlənilən idi. Bizdə mövsümi viruslarla bağlı bundan da ciddi vəziyyətlər olub, amma məktəb heç vaxt bağlanmayıb. İndi vəziyyət başqa cürdür. Adi respirator viruslara yoluxan uşaqların müqaviməti düşdüyündən koronavirusa da yoluxacaqlar və bu həqiqətdən qaçmaq mənasızdır...”
"Məktəblərin bağlanmasını heç kim arzu etmir, amma
sağlamlıqla təhsili bir tərəziyə qoymayaq. Ona görə uşaqları qorumalıyıq. Xəstə
uşaqlar yenə də məktəbə gedir. Yenə də xəstə tələbələr universitetə gedir. Koronavirus
düşüncəmizi bu məsələdə dəyişmir. İnad etmək isə lazım deyil. Son günlər
uşaqlar arasında yoluxmanın artması valideynləri təşvişə salıb, bu da
anlaşılandır. Xəstə uşaq məktəbə getməsə həm özünü, həm də
ətrafdakıları qorumuş olacaq”.
Əzizə Zeynal
Sfera.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. Pediatr təhsil müəssisələrinin açılmasının yoluxmalara səbəb olacağının əvvəlcədən proqnozlaşdırıldığını deyib:
"Məktəblərin ənənəvi tədris formasına qayıtmasından sonra yoluxmaların artması gözlənilən idi. Orta təhsil müəssisələrində koronavirusa yoluxmanın olmasını səhiyyə sektoru da, təhsil sektoru da etiraf edir. Koronavirus olmasaydı, mövsümi virusların baş qaldırması əlbəttə, gözlənilən idi. Bizdə mövsümi viruslarla bağlı bundan da ciddi vəziyyətlər olub, amma məktəb heç vaxt bağlanmayıb. İndi vəziyyət başqa cürdür. Adi respirator viruslara yoluxan uşaqların müqaviməti düşdüyündən koronavirusa da yoluxacaqlar və bu həqiqətdən qaçmaq mənasızdır...”
Pediatr xəstə uşaqların, gənclərin məktəb və
univestitetlərə getdiyini qeyd edib:
Əzizə Zeynal