Məktəbli formaları yenidən bahalaşır? - AÇIQLAMA

Məktəbli formaları yenidən bahalaşır? - AÇIQLAMA
Manatın məzənnəsinin dollara nisbətən ucuzlaşması məktəbli formalarının qiymətinin artmasına ciddi təsir etməyəcək
Sfera.az bildirir ki, bunu azvision.az -a Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimovdeyib. O qeyd edib ki, bu il üçün standart qiymət təsdiqlənib və dəyişməyəcək. 
"Hər kəs məktəbli formalarının bahalaşdığını deyir. Doğrudur, 7,5 faiz artım var. Bu, elə də böyük qiymət artımı demək deyil. Demək olar ki, hiss olunmur. Ola bilər, kimlər üçünsə 3-4 manat fərq edir, amma ucuz paltar da tez sıradan çıxır. Ucuz, saxta məktəbli formaları bir dəfə yağışa düşəndə keyfiyyətini itirir". 
E.Əzimov yay fəsli olduğundan satışın zəif olduğunu qeyd edib. "Hazırda hamı istirahətdədir. Bizdə insanlar hər şeyi sonuncu dəqiqəyə saxlayırlar. Dərslərin açılmasına bir həftə qalmış isti havada uzun növbələr yaranacaq". 
Məlumat üçün bildirək ki, qiymət artımından sonra ibtidai siniflər üçün məktəbli formaları əvvəl 34 manat idisə, artıq 37 manatdır. Böyük siniflər üçün məktəbli forması 3 manat bahalaşaraq 46 manata satışa çıxarılıb.
Qeyd edək ki, məktəbli formalarının yenidən bahalaşacğı haqda məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...