Məktəbli formaları ilə bağlı TƏKLİF

Məktəbli formaları ilə bağlı TƏKLİF
Azərbaycanda idman tərzində yeni məktəbli formaları istifadəyə verilə bilər.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva bildirib.

Yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini deyən S.Babayevanın sözlərinə görə, təkliflər artıq Nazirlər Kabinetinə göndərilib: "Nazirlər Kabinetinə məktəbli formalarının necə olması ilə bağlı təkliflər göndərmişik. Uzun illərdir ki, orta məktəblərdə klassik formada geyimlərdən istifadə edilir. Lakin bir sıra ölkələrdə məktəblərdə idman tərzində geyim formalarına üstünlük verilir. Klassik geyimlər uşaqların istər-istəməz sıxılmasına səbəb olur. Biz istərdik ki, bu məsələ həllini tapsın. İdman üslubunda geyimlərin qiyməti də ailələr üçün münasib ola bilər, eyni zamanda uşaqların daha sərbəst hərəkət etməsinə imkan verər”.

S.Babayeva həmçinin məktəbli geyim formalarında Azərbaycan bayrağının rənglərindən istifadə edilməsini məqsədəuyğun hesab edir: "Bayrağımızın rənglərindən olan mavi, qırmızı, yaşıl rənglərdən məktəbli formalarında istifadə edilməsi sevindirici hal olardı. Misal üçün qızlar üçün geyimlərdə qırmızı rəngdən istifadə oluna bilər. Eyni zamanda, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi tərənnüm edən çalarlar olsun. Düşünürəm ki, məktəbli geyimlərinə sadəcə bir uniforma kimi baxmamalıyıq. Biz Azərbaycanda 1.7 milyona qədər şagirdin böyüməsini, təlim-tərbiyəsini nəzərə alaraq məktəbli geyimlərinin mənəvi çalarlarla dizayn edilməsi istiqamətində töhfə verməyə hazırıq”, - deyə S.Babayeva vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...