Məktəblərlə bağlı mühüm AÇIQLAMA

Məktəblərlə bağlı mühüm AÇIQLAMA
Yoluxma sayı azalarsa, ənənəvi təhsil bərpa edilə bilər.

Sfera.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, ənənəvi təhsilə keçidin başlıca şərti yoluxma sayında ciddi azalmalara nail olmaqdır. Bu baş verərsə, ənənəvi təhsilin bərpa edilməsi müzakirəyə çıxarılacaq.

Ənənəvi təhsilin bərpası üçün təhsil işçiləri arasında vaksinasiyanın vacibliyindən danışan Mehriban Vəliyeva bu prosesin sürətlə davam etdiyini deyib. O, yaş həddi olmadan müəllimlərin vaksinasiya olunduğunu bildirib.

Mehriban Vəliyeva yoluxma sayının artdığı bu günlərdə distant təhsilə keçidin zərurət olduğunu vurğulayıb, uşaqların distant təhsildə iştirakının vacibliyini qeyd edib.

Qeyd edək ki, distant təhsilə keçməzdən əvvəl təkcə Bakı məktəblərində 1086 şagird və 695 müəllim virusa yoluxub. 739 şagird və 460 müəllim son 14 gün ərzində xəstələnib. Bu səbəbdən də paytaxt Bakı da daxil olmaqla bəzi şəhər və rayonlarda təhsilin distant formasına keçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...