Məktəblərin nə vaxt bağlanacağı ilə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO

Məktəblərin nə vaxt bağlanacağı ilə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO
"Məktəblərimizin açılması şagirdlər üçün, sözün bütün mənasında bayramdır. Ona görə gəlin, bu ünsiyyəti qoruyaq, kömək edək, müsbət təəssürat yaradan şəkillər, yazılar paylaşaq”.

Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov öz feysbuk hesabında yazıb.

O qeyd edib ki, hələ məktəbə yenicə başlamamış mediadan məktəblərin nə vaxt bağlanacağı ilə bağlı ondan çox zəng və məktub daxil olub: "Əgər mediada ancaq bu cür neqativ (bu "COVID”in neqativi deyil) yazsaq, xüsusi qaydalara əməl etməsək, sosial medianın bir çox "virus” yayan səs yazılarını tirajlasaq, o zaman iş çətin olacaq. Ona görə də təklif edirəm ki, növbəti gündən başlayaraq jurnalist həmkarlarımız məktəbləri öz gözləri ilə görmək istəyərlərsə, müraciət edə bilərlər”.

C. Valehov qeyd edib ki, bu gün V-IX siniflərin Bakı, Abşeron, Sumqayıt daxil olmaqla bütün bölgələrimizdə ilk əyani dərs günü çox yaxşı keçib: "Bunu Təhsil TV-nin kiçik reportajı da təsdiq edir”.
 


OXŞAR XƏBƏRLƏR

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...