Məktəblərin istilik təminatı məsələsi tam nəzarətə götürülüb - RƏSMİ AÇIQLAMA

Məktəblərin istilik təminatı məsələsi tam nəzarətə götürülüb - RƏSMİ AÇIQLAMA
Bakıda bir sıra təhsil müəssisələrində istilik yoxdur.

Bu barədə Sfera.az-a vətəndaşlar tərəfindən şikayətlər daxil olub. Bildirilib ki, paytaxtdakı 214, 70 və 145 nömrəli tam orta məktəbdə istilik yoxdur. Valideynlər, müəllimlər sinif otaqlarının soyuq olmasından şikayətlənirlər. 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirilib ki, ümumtəhsil müəssisələrinin istilik təminatı  ilə bağlı qarşıya çıxan müəyyən problemlərin aradan qaldırılması istiqamətində "Azəristilik” ASC və "Azəriqaz” İB ilə birgə əməkdaşlıq çərçivəsində işlər görülür:

"Məktəblərin istilik təminatı məsələsi tam nəzarətə götürülüb. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün müvafiq tədbirlər görülür, zəruri hallarda aidiyyəti qurumlara müraciət olunur.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 133-ü "Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il ənənəvi olaraq noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir”

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...