Məktəblərdə yoluxma halları artır - Valideynlərə MÜRACİƏT

Məktəblərdə yoluxma halları artır - Valideynlərə MÜRACİƏT
"Mövsümlə əlaqəli olaraq payız aylarında qrip və buna bənzər üst tənəffüs yolları xəstəlikləri artıb. Bu, hər zaman müşahidə edilirdi”.

Sfera.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Erkin Rəhimov  açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən ilə nisbətən bu mövsüm uşaqlar arasında xəstələnmə hallarının artmasının müəyyən səbəbləri var.

"Keçən il bu, çox müşahidə olunmadı. Çünki məktəb və bağçalar bağlanmışdı. Amma indi təhsil müəssisələri açıldı.

Ona görə də yoluxma halları arta bilər. Koronavirus da təbii olaraq hava-damcı yolu ilə keçən virus olduğu üçün onun da artması gözlənilən haldır”, - deyə Erkin Rəhimov bildirib. Mütəxəssisin fikrincə, bu baxımdan da böyük məsuliyyət valideynlərin üzərinə düşür:

"Evdə olan böyük insanların hamısı peyvənd olunmalıdır. Elmi-tədqiqatlar göstərir ki, ən çox evin içində yoluxma baş verir. Yəni uşaqlar ən çox valideynlərlə yaxın təmasda yoluxur.

Bir tərəfdən də uşaqlara virusla bağlı məlumatlar verilməlidir. Yəni uşaqlar təşvişə düşmədən qorunma yollarını bilməlidirlər. Əlləri sabunla yumaq, maska taxmaq, şəxsi gigiyenaya və sosial məsafəyə əməl etmək lazımdır”.
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...