Məktəblərdə payız tətili olacaq? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə payız tətili olacaq? - RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə beş günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, altı günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.

Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə beş günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, altı günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...