Məktəblərdə payız tətili olacaq? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə payız tətili olacaq? - RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə beş günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, altı günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.

Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə beş günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, altı günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Artıq bu şəxslər də ödənişsiz təhsil ala biləcək – Ekspert

Növbəti tədris ilində dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının 17 % artırılaraq 110 min 834 nəfərə çatdırılması nəzərdə tutulur. Maraqlıdır,...

DİM ali məktəblərə qəbul proqramında dəyişiklik etdi

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmt...

Bakı məktəblərində koronavirusla bağlı durum açıqlandı

"Məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məsələ lokal şəkildə həll olunur".   Sfera.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin...

Məktəblərdə payız tətili olacaq? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib. Sfera.az xəbər verir ki, nazirlikdən APA-nı...

Azərbaycanda daha bir universitetin 5 qrupu distant təhsilə keçdi

Tibb Universitetində daha 5 qrup distant təhsilə keçib. Sfera.az bildirir ki, bu barədə  universitetin mətbuat katibi Günel Aslanova məlumat verib. ...

Rektordan maraqlı TƏKLİF: Məzunlara iş bacarıqlarını göstərən əlavə sənəd verilsin!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov maraqlı təkliflə çıxış edib.   Sfera.az bildirir ki, o, məzunların bacarıqlarını ...