Məktəblərdə karantin hansı hallarda təyin edilir? - BŞTİ və Gigiyena və Epidemiologiya Mərkəzi aydınlıq gətirdi
17:25 / 16.03.2021
2298
Məlum olduğu kimi,
orta təhsil müəssisələrində
fevralın 1-dən etibarən əyani dərslər qismən bərpa olunub. Əyani təhsilə keçiddən
sonra isə bəzi məktəblər yoluxma sayının yüksək olması səbəbindən yenidən
distant təhsilə qayıdıb.
Qeyd edək ki,
distant təhsilin müddəti bütün məktəblərdə eyni deyil, rəqəmlər dəyişir...
Belə olan halda
sual ortaya çıxır, məktəblərdə distant rejimə keçid qərarı hansı halda verilir?
Qapanma müddəti hansı meyarlar əsas götürülməklə təyin edilir?
Sfera.az-ın əməkdaşı
məsələni araşdırıb.
Mövzu ətrafında
saytımıza danışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri
Bəşarət Məmmədov bildirib ki, distant rejimlə bağlı qərar epidemioloji mərkəz tərəfindən
verilir. Qurum nümayəndəsi distant rejimdən qayıdan məktəblərin yenidən bu
rejimə dönməsi məsələsinə də aydınlıq gətirib:
"Orta təhsil müəssisələrində
distant rejimə keçidlə bağlı qərarı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
qərar verir. Onların rəyi əsasında məktəblərdə 7 yaxud 14 gün müddətinə dərslər
dayandırılır. Məktəblərdə əyani təhsilin bərpası da məhz onların qərarından
sonra mümkün olur.
Qeyd edim ki, orta
təhsil müəssisələrində əyani təhsil bərpa olunduqdan sonra heç bir məktəbdə iki
dəfə olmaqla distant rejim tətbiq edilməyib. Distant təhsilə keçən məktəblərin
adını isə davamlı olaraq açıqlayırıq".
"Təhsil müəssisələrində Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları”nın 3.1 və 4.3-cü bəndlərinə uyğun olaraq karantin təyin olunur və COVID-19 infeksiyası üçün bu müddət 14 sutka müəyyənləşdirilir.
Təyin olunan karantin müddəti bitdikdən sonra məktəbdə əyani təhsilin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə müəyyən edilən sanitariya-epidemioloji rejim qaydalarına əməl edilmək şərti ilə mümkün hesab edilir".
Sfera.az
Əzizə Zeynal