No Image
No Image
No Image

Məktəblərdə həftəlik dərs saatlarının ümumi miqdarı müəyyən edildi

Məktəblərdə həftəlik dərs saatlarının ümumi miqdarı müəyyən edildi
 Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı müəyyən olunub.

Sfera.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda əksini tapıb.

Qərara əsasən, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı aşağıdakı kimdir:
 

Tədris dilləri

Məktəbə hazırlıq

İbtidai təhsil səviyyəsi,

I-IV siniflər

Ümumi orta təhsil səviyyəsi, V-IX siniflər

Tam orta təhsil

səviyyəsi, X-XI siniflər

Yekun,

I-XI siniflər

Azərbaycan dili

12

99

164

74

337

Digər dillər

12

107

174

78

359


 
Qərara əsasən, dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz.

-Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisinə ayrıla bilər.

-Məktəbəhazırlıqda 1 məşğələ saatı 30 dəqiqədir.

-Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla komplektləşdirilir.

- Ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.

-Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

-Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, siniflər bu dövlət standartlarının müvafiq olaraq yuxarıda qeyd edilmiş say hədlərində birləşdirilir və ya paralel sinif təşkil edilir.

OXŞAR XƏBƏRLƏR

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 23-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına u...

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışdı

Təhsil naziri Emin Əmrullayev YUNESKO tərəfindən virtual formatda təşkil olunmuş Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında iştirak edib. Sfera.az...

Sabaha olan dərs cədvəli açıqlandı

"Mədəniyyət”, "ARB Günəş” telekanalları və "Təhsil” televiziyasının Feysbuk səhifəsində yayımlanan "Dərs vaxtı” proqramının oktyabrın 22-si üçün nəzərdə tutulan...

Direktor olmaq istəyən 2256 namizəd test imtahanında iştirak edəcək

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2256 namizəd test imtahanı mərhələsind...

Teledərslərin oktyabrın 21-nə olan cədvəli

"Mədəniyyət”, "ARB Günəş” telekanalları və "Təhsil” televiziyasının "Facebook” səhifəsində yayımlanan "Dərs vaxtı” proqramının oktyabrın 21-i üçün nəzərdə tutul...

Nazirlik Zəngilanın təhsil statistikasını açıqladı

Təhsil Nazirliyi Zəngilan rayonunun təhsil statistikasını açıqlayıb. Nazirlikdən Sfera.az-a bildirilib ki, Zəngilan rayonunda 1992-1993-cü tədris ilində -...