Məktəblərdə daha bir YENİLİK - Növbəti tədris ilindən tətbiq olunacaq

Məktəblərdə daha bir YENİLİK - Növbəti tədris ilindən tətbiq olunacaq
Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən "Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi növbəti dəfə "məktəb inspektoru” vakansiyası elan olunub.

Sfera.az-ın məlumatına görə, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-vaideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

Layihə çərçivəsində 10 mart–7 iyunda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və seçilmiş namizədlərin təlimləndirilmə prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanacaq.

Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul 2021-ci il tarixədək davam edəcəkdir. Müraciət etmək istəyən şəxslər Agentliyin rəsmi internet səhifəsi olan  www.tkta.edu.az saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...