Məktəblər koronavirus ocağına çevriləcək? – Həkimlər bu qorxunc ssenaridən yayınmağın yollarını açıqladı
16:26 / 17.09.2021
1690
Cəmiyyətdə əyani təhsilin bərpasından sonra
koronavirusa yoluxma sayında artımın olacağına dair narahatlıqlar var. Virus
uşaqlarda ağırlaşma yaratmasa da, onların aktiv virus daşıyıcıları olması belə
bir təhlükəni daha da aktual edir.
Maraqlıdır, əyani təhsilə keçid yoluxma sayında
ciddi fərq yaradacaqmı? Uşaqların daha çox yoluxduruculuğa malik olması iddiaları
doğrudurmu?
Mövzu ilə bağlı Sfera.az-a danışan daxili xəstəliklər
uzmanı Həbib Sahratov şagirdlərin dərs müddətində maskadan istifadəsinin
vacibliyini vurğulayıb:
"Uşaqlarda yoluxduruculuq qabiliyyəti daha
yüksəkdir anlayışı yoxdur. Yəni uşaq ya böyük virusa yoluxursa, yoluxduruculuq
hər ikisində eyni olur. Amma məktəblərin açılması sözsüz ki, xəstəliyin artmasına
təsir göstərəcək. Bu baxımdan müəllimlərin və təhsil işçilərinin vaksinasiyasına
ciddi əməl olunmalıdır. Bundan başqa, məktəblilər dərs müddətində mütləq şəkildə
maskadan istifadə etməlidir. Maskadan davamlı istifadə problem yaratmaz ".
İnfeksionist Nicat Əzimli isə uşaqlar arasında
yoluxmanın daha sürətlə yayıldığını düşünür:
Tələbələr və şagirdlərə yaxın təmasdan çəkinmək, maskadan istifadə etmək və gigiyena qaydalarına riayət etmək məsləhət görülür".
Əzizə Zeynal
Sfera.az