No Image
No Image

Məktəblər ikinci yarımilin əvvəlində açılır? - SƏDR DANIŞDI

Məktəblər ikinci yarımilin əvvəlində açılır? - SƏDR DANIŞDI
Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt karantin rejimi yumşaldıqdan sonra yenidən başlayıb-başlamayacağı maraqlandırır.

Sfera.az xəbər verir ki, məsələyə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovla ydınlıq gətirib.

O bildirib ki, bu günlərdə nazir Emin Əmrullayevin iştirakı ilə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə bütün bu məsələlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

"Nazirliyin hansı qərara gəldiyi hələlik məlum deyil, lakin bu nəticəyə gəlmək olar ki, tədris ilinin əvvəlində - sentyabr və oktyabr aylarında tətbiq edilən hibrid təhsil formasının davam edəcəyi ehtimalı daha böyükdür.

Bu təhsil forması həm təhsil müəssisələrinə getməyi, həm də virtual təhsil almanı özündə birləşdirir. Ehtimal etmək olar ki, məktəblər və universitetlər, ilk növbədə, qapılarını ibtidai sinif şagirdlərinə və birinci və ikinci kurs tələbələrinə açacaqlar.

Eyni zamanda Təhsil və Səhiyyə Nazirliyi təhsil prosesinin təşkilini yaxından izləyəcəklər”, - deyə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri bildirib.

İctimai Şuranın sədrinin fikrinə görə, bütün qərarlar epidemioloji vəziyyət, tələbələr və müəllimlər üçün potensial risklər nəzərə alınmaqla balanslaşdırılmış şəkildə qəbul edilməlidir.

"Axı sağlamlıq və təhsil kimi dəyərləri müqayisə etsək, təbii ki, birincisi prioritet insan sağlamlığıdır.Ənənəvi təhsilə erkən keçid üçün heç kim gələcək nəslimizin sağlamlığını qurban verməz. Ənənəvi təhsil formasının onlayn dərslərə nisbətən daha çox üstünlüklərə malik olduğunu başa düşürük. 45 dəqiqəlik dərs prosesinin 30 dəqiqə ilə əvəz edilməsini müqayisə edək. Lakin vacib olan məqam tələsməməkdir və məsələyə məsuliyyətlə yanaşmaqdır, vətəndaşların isə Təhsil Nazirliyinin qərarlarına anlayışla yanaşması lazımdır”, - Ş.Əsgərov fikrini tamamlayıb.  (MediaAz)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİM-dən bu müəllimlərlə bağlı AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb. DİM-dən Sfera.az-a bildirilib ki, təli...

Magistraturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 28-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək. ...

Nazir: "Bütün təhsil müəssisələrində ilk dərs Xocalıya həsr olunur"

Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən ...

Bakının bəzi məktəblərində dərslər yenidən təxirə salındı

Soyuq hava şəraiti ilə əlaqədar olaraq bu gün də Bakının bəzi məktəblərində tədris təxirə salınıb. Sfera.az xəbər verir ki, bir sıra məktəblərin rəhbərliy...

Müəllimlərin işə qəbulu müsahibə nəticələri açıqlandı

Fevralın 5-18-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazi...

Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA

Qarlı və çovğunlu hava şəraiti məktəblərdə şagirdlərin dərslərə davamiyyətinə də təsir edib. Belə ki, bəzi məktəblər valideynlərə övladlarını belə havada dərsə ...