No Image
No Image

Məktəblər dərsə hansı növbə ilə başlayacaq? - Təfərrüat AÇIQLANDI

Məktəblər dərsə hansı növbə ilə başlayacaq? - Təfərrüat AÇIQLANDI
"Azərbaycanda yenidən təhsil müəssisələrinin açılması gözlənilir və bu, mümkündür. Xüsusilə, ibtidai sinif şagirdləri və ali təhsil müəssisələrində oxuyan I kurs tələbələri üçün keçərlidir".

Sfera.az xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər və gözləntilərdən danışarkən deyib. 
 
"Yaranmış boşluqların aradan qaldırılmasından ötrü qismən tədris prosesinin bərpası mümkündür. Tədris prosesi beynəlxalq təşkilatların rəylərinə əsasən də bərpa edilməlidir. Çünki təhsilin bu qədər müddətdə bağlı qalması ciddi problemlərə gətirib çıxarır".

"UNİCEF-in və BMT-nin hesabatlarında qeyd olunur ki, pandemiya dünya üzrə 2 milyard şəxsin təhsilinə təsir göstərib və 600 mindən çox insan təhsildən kənarda qalıb”.

Onun sözlərinə görə, artıq dünyanın bir çox ölkələri tədrisin ənənəvi qaydada başlaması ilə bağlı qərarlar qəbul ediblər:

''Azərbaycanda da bu həftə Təhsil Nazirliyi tədris prosesinin növbəti aylarda təşkili ilə bağlı qaydaları açıqlayacaq. Bu məsələdə ciddi bir neçə nüans var. Qeyd edim ki, ötən il martın 3-dən etibarən onlayn qaydaya keçirilən təhsil prosesi yaranmış boşluğu doldura bilmədi".

"Microsoft Teams” proqramı və Virtual layihə vasitəsilə tədrisə start verilsə də,  tədris 4447 orta ümumi təhsil məktəbində təhsil alan bütün şagirdlərimiz əhatə etmədi. Riyaziyyat, Kimya, Fizika kimi fənnlərin şagirdlərə çatdırılmasında çıətinliklər yarandı. Bunun ardınca mərhələlər və növbəlilik qaydada tədrisin başlanmasına qərar verilsə də, epidemioloji vəziyyətin gərginləşməsi bu şansı da əldən verdi və yenidən onlayn tədrisə start verildi. İndi isə vaksinasiya mərhələsi başlayıb”. 

Ekspert yenidən mərhələli şəkildə ənənəvi təhsilə keçidin bərpa ediləcəyini istisna etməyib:

"Tədrisin bərpası 4447 məktəbdə təhsil 1,6 milyon şagirdin, 52 ali təhsil müəssisəsində 185 min tələbənin, orta ixtisas təhsil müəssisəsinin 50 minə yaxın tələbəsinin yenidən təhsil müəssisələrinə tam şəkildə getməsi demək deyil. Burada da proses pilləli və mərhələli şəkildə həyata keçəcək. Kütləvilik ciddi problemlərə səbəb ola bilər. İbtidai sinif şagirdləri ənənəvi qaydada məktəbə getməlidirlər".

"Onların yazma, oxuma qabiliyyəti onlayn qaydada formalaşmır. Şagirdlərimiz 11 aya yaxındır ki, tədris prosesindən kənarda qalıblar. Onlar fiziki və psixoloji cəhətdən tədris prosesinə hələ adaptasiya ola bilməyəcəklər".

"Ona görə tədrisi qismən mərhələli şəkildə başlamaq lazımdır ki, onlar yeni rejimə və qaydalara öyrəşsinlər. Bundan əlavə ənənəvi qaydada dərslərin həftənin bütün günlərində keçirilməsi mümkün görünmür. Həftənin maksimum 3 günü üçün tədris prosesinin bərpa edilməsi gözlənilir”.

K.Əsədov hesab edir ki, akademik əhəmiyyəti vacib olmayan, yəni fiziki tərbiyə, musiqi, texnologiya kimi fənnlərin ənənəvi qaydada keçirilməsinə ehtiyac yoxdur:

"Əvəzində digər fənnləri əlavə olaraq 11 ay kənarda qalan tədris prosesinin bərpası üçün artırmaq olar. Vacib məqamlardan biri də 9 və 11-ci siniflərin ənənəvi qaydada tədrisə cəlb edilmələridir".

"Onlar 2021-ci ilin mart ayından sonra buraxılış, sonra isə qəbul imtahanları verəcəklər. Bununla yanaşı universitetlərin I və IV kurs tələbələri də bu zərurətdən istifadə etməlidirlər”.  

Qeyd edək ki, bu həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.

Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər açıqlanacaq. Həmçinin ötən ilin martından ənənəvi qaydada fəaliyyətini dayandıran təhsil müəssisələrinin II yarımildə necə təşkil olunacağı məsələsinə aydınlıq gətiriləcək. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİM müzakirələrə səbəb olan imtahan sualına aydınlıq gətirdi – AÇIQLAMA

"Ali tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının magistraturalarına 2021-ci ilin 28 fevralında keçirilmiş qəbul imtahanında bakalavrlara tə...

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaq? - RƏSMİ AÇIQLAMA

"Təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesi məcburi deyil”. Sfera.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ...

İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib. Sfera.az  xəbər verir ki, o, jur...

Direktorların işə qəbulu ilə bağlı AÇIQLAMA

Bu ilin 6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi sanitar-epidemioloji tələblərə uyğun olaraq 25 imtahan mərkəzind...

Karantinə görə bağlanmış bu məktəb açılır

Martın 4-də paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunur. Sfera.az xəbər verir ki, bu barədə  Bakı Şəhər Təhsil İdarəs...

Nazir qalmaqallı direktora vəzifə verdi - FOTOLAR

Ağdaş Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib. Sfera.az  xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə bu vəzifəyə Mingəçevir Döv...