Məktəblər bağlanır? - RƏSMİ

Məktəblər bağlanır? - RƏSMİ
Son zamanlar yoluxma statistikasının artması, eyni zamanda dünən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamilin koronavirusdan vəfat etməsi məktəblərdə qapanmalara gedilməsi ilə bağlı müzakirələrin yaranmasına səbəb olub.

Sfera.az bildirir ki, məsələ ilə bağlı baku.ws-ə açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov istənilən halda təhlükəli vəziyyətin olmadığını və orta təhsil müəssisələrində təlim-tədris prosesinin davam edəcəyini bildirib. Cəsarət Valehov ötən gün koronavirusdan vəfat edən məktəblinin ölüm xəbərinə də münasibət bildirib:

"Bu yoluxma lokal xarakter daşıyır. Əvvəla, o məktəb şəraitində yoluxma halı deyil. O şagirdin harada yoluxduğu dəqiq bilinmir. Çünki oktyabrın 5-nə qədər məktəbdə olub. Həmin vaxt, o cümlədən ondan sonra da sözügedən sinifdə hər hansı bir yoluxma faktı qeydə alınmayıb. Əgər belə yoluxma halları davam edərsə və çoxalarsa, o zaman məktəb, lokal olduğu zaman isə sinif distant təhsilə keçirilir.

Ümumilikdə isə heç bir təhülkəli və qorxulu hal yoxdur. Biz bu haqda statistika da yaymışıq. Çox cüzi sayda siniflər distant təhsilə keçir”.

Qeyd edək ki, Azərbaycanda bu günədək 241 sinif distant təhsilə keçirilib. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.

Bildirilib ki, Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....