Məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA

Məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA
"Məktəblərin bağlanmasını istəmirik. Mümkün qədər əyani təhsil formasının davam etməsini istəyirik”.

Sfera.az  APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, hələ ki, belə hallar bağlanma qərarının verilməsi üçün çox deyil: "Ayrı-ayrı yerlərdə xəstələnmə halları olursa, lokal tədbirlər görülür. Bu məktəblərin bağlanması daimi deyil, 14 gün sonra açılır. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə belə yanaşma var. Mümkün qədər çalışılır ki, həyat öz axarı ilə davam etsin. İndiki yumşalmalar insanlar üçün yetərlidir”.

Mütəxəssis qeyd edib ki, yoluxmada artım var və olacaq: "Hər bir vətəndaş üzərinə düşən işi görsə, peyvəndlənmədə iştirak edənlər çox olsa, daha yoluxucu ştamm gəlməsə, demək olar ki, bu xəstəliyin ağır hallarını keçmiş olacağıq və xəstəliyi idarə etmək bacarığımız olacaq. Bu müddəti heç bir bağlanmalara getmədən davam edə bilsək, bizim üçün böyük qələbə olar”.

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...