Məktəbəqədər təhsillə bağlı teledərslərə başlanıldı

Məktəbəqədər təhsillə bağlı teledərslərə başlanıldı
 "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNİCEF-in maliyyə və Təhsil Nazirliyinin dəstəyi ilə "Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilib.

Bu barədə Sfera.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məktəbəqədər yaş dövrünə aid uşaqlar üçün hazırlanan teledərslər "ARB Günəş” telekanalının efirində həftənin II və IV günləri saat 12:05-də yayımlanır. Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı onların kiçik və böyük matorikasının inkişafı üçün praktiki məşğələlər də təqdim olunur.

"Oynayırıq və öyrənirik” adlı teledərslərə ekran qarşısında baxa bilməyənlər yayımlanmış dərsləri layihənin rəsmi "YouTube” (//bit.ly/2Y0Bm86) kanalında, "Facebook” səhifəsində, "www.ilk5il.az” portalında və "ilk5il” mobil tətbiqində izləyə bilərlər.

Qeyd edək ki,Təhsil İnstitutunun həyata keçirdiyi "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin fəaliyyət planına uyğun olaraq teledərslərlə yanaşı uşaqlar üçün onlayn dərslər və tərbiyəçi müəllimlər üçün vebinarların təşkili də davam etdirilir.

Layihə çərçivəsində tədris prosesinin əhatə dairəsinin və keyfiyyətin ölçülməsi məqsədi ilə icma əsaslı məktəbəqədər təhsil qruplarında keçirilən dərslərin həftəlik statistikası aparılır. Belə ki, ötən həftə 321 icma qrupunun hər birində tərbiyəçi müəllimlər tərəfindən onlayn dərslər keçirilib, dərslər 3258 uşağı əhatə edib. Müqayisə üçün bildirək ki, karantin dövrünün ilk həftəsində icma qruplarının yalnız 52,3 faizində onlayn dərslər keçirilib və dərslər 1688 uşağı əhatə edib.

İnklüziv təhsil, dərsin qurulması, oxunun təşkili və valideynlərlə iş mövzularında təşkil edilən vebinarlara ümumilikdə 250-ə yaxın tərbiyəçi müəlllim cəlb edilib. Layihə əməkdaşları tərəfindən vebinarların mütəmadi təşkili nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, sözügedən layihə çərçivəsində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3 və 4 yaşlı uşaq cəlb edilib.

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...