"Məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur" - RƏSMİ

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin çoxunda müşahidə kameraları və mühafizə xidmətləri var. Odur ki, hansısa məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur".

Sfera.az  xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, belə hal olubsa da məktəbdən kənar baş verə bilər: "Bununla bağlı da hüquq-mühafizə orqanları məşğul olur".

M.Vəliyeva valideynlərə müraciət edərək deyib ki, övladlarına qarşı diqqətli olsunlar: "Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu təkcə məktəbin, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".

Qeyd edək ki, Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdə 5-ci sinif şagirdini naməlum şəxs avtomobili ilə qaçırmağa cəhd edib. Bildirilib ki, məktəbin ön kamerası işləmədiyindən küçədə olan digər müşahidə kameralarından şagirdi qaçırmaq istəyən şəxsin avtomobilinin markasını təyin etmək mümkün olub.

Artıq azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məşhur Roberto Koin “Xarıbülbül” kolleksiyası haqqında DANIŞDI - FOTO

Noyabrın 24-də məşhur italyan zərgəri, eyniadlı zərgərlik evinin yaradıcısı Roberto Koin Azərbaycanda özünün yeni qiymətli kolleksiyasını təqdim edib. Vətən müh...

Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşada... - FOTO

Vətən Müharibəsində pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya gedib. Sfera.az xəbər verir ki, o, 70 yaşını işğaldan azad olunan Şuşada qeyd edib. ...

Vaxtı keçmiş məhsullar məhv edildi

İstifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda, ümumi çəkisi 8946.77 kq müxtəlif növ qida məhsulları "Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların z...

Peyvənd olunmanı təsdiqləyən sertifikat müddətsiz olacaq

COVID sertifikatlarının etibarlılıq müddəti müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə ək...

Şuşada Aşağı Gövhərağa məscidində bərpa işləri davam edir

Şuşada Aşağı Gövhərağa məscidində bərpa işləri davam edir. Bu barədə Sfera.az-a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib. Xatırladaq ki...

Dörd restoran və bir çay evində pozuntular aşkarlandı

Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Sfera.az xəbər verir ki, bu barədə Azərbayc...