“Məktəb psixoloqları direktordan asılıdırlar...\" – Şagirdlərin intihar etməsinin qarşısı necə alına bilər?

“Məktəb psixoloqları direktordan asılıdırlar...\
Son illər çox təəssüf ki, tez-tez məktəblilər arasında intihar və intihara cəhd halları ilə rastlaşırıq. İntiharın birbaşa psixoloji vəziyyətdən irəli gələn bir addım olduğunu nəzərə alsaq, bu zaman şagirdlərin psixoloqla işləmək zəruliyinin ortaya çıxdığı qənaətinə gələrik.


Yaxşı, bəs maraqlıdır, ölkəmizdə məktəb psixoloqları işini düzgün şəkildə həyata keçirirmi?


 

Məsələ ətrafında Sfera.az-a danışan təhsil ekspertiElçin Əfəndi məktəb psixoloqlarının psixologiya anlayışından uzaq olduğunu bildirib:


 

"İndi məktəbləri gəzsək, ordakı psixoloqların psixologiyadan anlayışının olub-olmaması sual olunacaq. Təsadüfi hallarda biz məktəblərdə həqiqətən psixologiya üzrə təhsil alan, şagirdlərlə işləyən şəxs tapa bilərik.Bu hal təəssüf ki, barmaqla sayılacaq qədərdir. Hətta bəzi məktəblərdə psixoloq vakansiyası olsa da biz məktəbdə çalışa biləcək psixoloq tapa bilmirik".

 

Təhsil eksperti psixoloqların məktəb direktorundan aslı vəziyyətdə olduğunu da qeyd edib:


"Şagirddə hansısa davranış pozğunluğu, qeyri-adi hal olarsa, o zaman psixoloq şagirdin valideyni ilə müzakirə aparmalı, həll yolu tapmalıdır. Bir neçə il öncə Elina Hacıyeva intihar etdikdən sonra çox təəssüf olsun ki, biz məktəb psixoloqunun şagirdin yox, direktorun mövqeyindən çıxış etdiyini gördük. Yəni belə deyim, psixoloqlarımız məktəb direktorlarının aslılığındadır, müstəqil deyil. Bu aslılıq da şagirdin xeyrinə addım atmağa imkan vermir. Bunun da nəticəsidir ki, məktəblərdə intihar hallarının sayı artır. Əgər məktəb psixoloqları düzgün şəkildə işləsə, biz ümumiyyətlə şagirdlər arasında intiharla rastlaşmarıq, ya da bu hal minimum səviyyədə olar".

 

E.Əfəndi orta təhsil müəssisələrində psixologiyadan dərslərin keçirilməsinin zəruriliyini bildirib:


"Fikrimcə məktəblərdə psixologiyadan dərslər keçirilməlidir. Təhsil Nazirliyi növbəti tədris ilindən həftədə bir dəfə olmaqla bu cür dərslərin keçirilməsi ilə bağlı qərar versə, yaxşı olardı. Yaxud da əlavə dərslər də təşkil oluna bilər ki, psixoloq məktəb üzrə hər siniflə həftədə bir dəfə olmaqla söhbət aparsın, şagirdləri dinləsin. Artıq belə olan halda problemli uşaqlar aşkarlanar və onlarla psixoloqun konsultasiyası təşkil edilər".

 

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR