Məktəb direktorlarına göndərilən \"1200 manatlıq məktub\" nə üçündür? - RƏSMİ AÇIQLAMA - FOTOLAR

Məktəb direktorlarına göndərilən \
Bakıda məktəb direktorlarına və müəllimlərinə xüsusi məktublar göndərilir. Məktubda bildirilir ki, direktor və müəllimlər xüsusi medallarla təltif edilir. Lakin medal qazanmaq istəyən müəllimlər xərcə düşməlidirlər.

Sfera.az bildirir ki, bu barədə paytaxtın bir neçə məktəbindən BAKU.WS-ə məlumat verilib. Bildirilir ki, "Türk Dünyası Araşdırmaları” adlı birlikdən təhsil ocaqlarına məktublar ünvanlanır. Məktubda bildirilir ki, həmin məktəb rəhbərliyi və müəllimlər "İlin müəllimi” və "Qızıl ulduz” adlı medallar ala bilərlər. Lakin həmin məktəb təşkilata 1200 manat ödəməlidir.

İlk öncə məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Təhsil İdarəsinə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ barədə məlumatlıdırlar.

"BŞTİ-dən məsələ ilə bağlı dəqiqləşdirmə aparılacaq”, - deyə bildirilib.

Məsələ ilə bağlı adı hallanan təşkilatla əlaqə saxladıq. Təşkilatın sədri Elçin İsgəndərzadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, əslində bu Türk dünyası təhsilinə dəstək layihəsidir.

"Bu, özəl qurumdur, özünü maliyyələşdirmə layihələrini həyata keçiririk. Qərarlaşdırdıq ki, türk dünyasında məktəb boşluğu var. Buna görə də Türk dünyasının 50-yə yaxın şair və yazıçısının əsərlərini yığdıq və bu istiqamətdə kitab çap etmək qərarına gəldik.

Bu istiqamətdə mükafat hazırlamaq nəzərdə tuturuq. Bunun hazırlanması üçün xeyli vəsait nəzərdə tutulur. Belə qərara gəldik ki, məktəb direktorları, onlar arasında Türk dünyasına maraq göstərənlər bizə dəstək olsunlar. Bunun üçün 1200 manat nəzərdə tutduq", - deyə Elçin İsgəndərzadə bildirib.

Qeyd edək ki, hələlik məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməyib. Rəsmi şəkildə müraciət olunduqdan sonra araşdırma aparıla bilər.

OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....