Məktəb binası çökdü: ölənlər var

Məktəb binası çökdü: ölənlər var
Belçikanın Antverpen şəhərində tikintisi aparılan orta məktəb binası qismən çöküb.

Sfera.az xəbər verir ki, dağıntılar altında qalan 3 nəfər həyatını itirib. Cəsədləri tapılanlardan biri Rumıniya, digər 2 nəfər isə Portuqaliya vətəndaşıdır.

Daha 4 insanın dağıntılar altında qaldığı ehtimal edilir.

Hadisə zamanı 9 nəfər yaralanıb.

Qeyd edək ki, binanın hansı səbəbdən çökməsi ilə bağlı dəqiq məlumat verilməyib.
 

OXŞAR XƏBƏRLƏR