Məhsul bol, qiymət baha, səbəb nədir? – EKSPERTDƏN AÇIQLAMA

Məhsul bol, qiymət baha, səbəb nədir? – EKSPERTDƏN AÇIQLAMA
 

"İdxaldan asılılıq və bazarın liberal olmaması ölkəmizdə bol məhsul fonunda belə qiymətlərin baha olmasına gətirib çıxarıb”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda məhsul bolluğuna rəğmən qiymətlərin yüksəlməkdə davam etməsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.


Onun dediyinə görə, bolluğa baxmayaraq bazarlarda qiymətlərin baha olmasına müxtəlif faktorlar təsir edir:"Gündəlik tələbat mallarının strukturuna baxsaq, görərik ki, onların mütləq əksəriyyəti idxal olunan mal və məhsullardır. Yerli istehsal olunan məhsulların böyük qismi də xammal baxımından idxaldan asılıdır.Faktiki bazarda baş verən qiymət dəyişikliyi də məhsulun maya dəyərini formalaşdıran əsas faktordur. Yəni bazarda bolluğun olmasından asılı olmayaraq prosesə məhsulun maya dəyəri ciddi təsir göstərir. Məhsullar maya dəyərinin üzərinə mənfəət norması əlavə edilməklə bazarlara təklif olunur”.

 

Həmsöhbətimiz onu da qeyd etdi ki, bazar liberal deyilsə, mal və məhsulun bol olması qiymət siyasətində heç nəyi dəyişmir: "Burada digər amil ondan ibarətdir ki, Azərbaycanda bazar liberal deyil. Bir çox məhsulların idxal və istehsalçıları öz sferalarında müəyyən inhisarçılıq elementlərini formalaşdıra biliblər. Məhz buna görə də bazarda adətən qiymətlər diqtə olunaraq formalaşır. Eyni zamanda son dövlər pərakəndə ticarət şəbəkələrinin fəaliyyətində də ciddi inhisarlaşma gedir. Burada böyük supermarketlər şəbəkəsi formalaşır və onlar rəqiblərini sıradan çıxarmaqla qiymətləri diqtə edirlər. Bütün bunlar son nəticədə bolluğa rəğmən qiymətlərin yüksək olmasını şərtləndirən başlıca faktorlardır. Yəni bazar liberal olmadığı təqdirdə məhsulların bol olması nəyisə dəyişmir. Çünki onu təklif edən tərəf rəqabət mühiti olmadan fəaliyyət göstərir və nəticədə o öz qiymət siyasətində diqtə etmək imkanı əldə edir”.

  

Qeyd edək ki, Azərbaycanda bazar və supermarketlərdə bolluq hökm sürür, burada hər çeşidli mallara rast gəlmək olar. Ancaq bolluğa baxmayaraq, qiymətlər ifrat dərəcəsə yüksəkdir və daim bahalaşır.

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...