Mehridə və ya hər hansı Ermənistan ərazisində dəhliz yaradıla bilməz - Paşinyan

Mehridə və ya hər hansı Ermənistan ərazisində dəhliz yaradıla bilməz - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan 10 noyabr üçtərəfli bəyanatının gələcək icrası üçün prioritet istiqamətlərini açıqlayıb.

Sfera.az  xəbər verir ki, bu barədə ölkə lideri öz "Facebook" səhifəsində paylaşım edib.

"Bəyanatın 8-ci bəndi tam icra olunmalıdır. Əsirlərin, girovların və digər məhbusların, eləcə də ölənlərin cəsədlərinin tam mübadiləsi aparılmalıdır. Münaqişə zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparmaq da vacibdir", - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, ikinci prioritet istiqamət regionun iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasıdır: "Bütün regional iqtisadi və nəqliyyat kommunikasiyaları blokadadan çıxarılmalıdır. Bu həm Ermənistanın Azərbaycan ərazisindən Rusiyaya və İran İslam Respublikasına yük daşınması və nəqliyyat rabitəsi, həm də Azərbaycan ərazisindən Ermənistandan keçməklə Naxçıvana yük daşınması və nəqliyyat rabitəsi deməkdir".

"Bir daha xatırladıram ki, 10 noyabr bəyanatında Mehri ya da Ermənistan Respublikasının hər hansı bir ərazisi ilə əlaqədar "dəhliz" ifadəsi yoxdur. Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana gedən rabitə yollarının seçimi ayrı bir müzakirə mövzusudur", - Paşinyan əlavə edib.
 
(qazet.az)


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...