Mehriban Əliyevadan ictimaiyyətə hədiyyə - FOTOLAR

Mehriban Əliyevadan ictimaiyyətə hədiyyə - FOTOLAR
Heydər Əliyev Fondu tərəfindən ilk dəfə olaraq Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu nəşr olunub.

Sefer.az xəbər verir ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar” toplusu Şuşa şəhərində keçirilən "Xarıbülbül” musiqi festivalı çərçivəsində təqdim edilib. 

"Əbədi imzalar” layihəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Nəşr Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə olaraq təqdim edilib. 

Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu olaraq nəşr edilib.

Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi -  Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adığözəlovun əsərlərinin notları yer alıb. 

İcrasına 2019-cu ildə başlanılan layihə çərçivəsində 6 bəstəkarın əsərlərinin yer aldığı 71 məcmuə dərc olunub. Bununla yanaşı, topluya 12 not qovluq da əlavə edilib. Həmin qovluqlar bəzi simfonik və kamera-instrumental əsərlərinin müxtəlif alətlər üçün solo partiyalarının notlarıdır. 

Topluda nəşr olunan əsərlərin sırasında ilk dəfə işıq üzü görən nümunələr də var.  Bəzi əsərlərin notları isə sovet dövründə dərc olunsa da, həmin nəşrlərin əksəriyyətində ciddi çap səhvləri aşkarlanmışdı. Heydər Əliyev Fondunun layihəyə cəlb etdiyi peşəkar heyətin iştirakı ilə həmin əsərlər redaktə prosesindən keçib. Azərbaycan və digər ölkələrin arxivlərində əsərlərin notları araşdırılaraq tapılıb, həmçinin, bəstəkarların varislərinin iştirakı ilə müəlliflərin əlyazmaları üzrə müqayisələr aparılaraq seçilib və yenidən nəşr olunub. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyət daşıyır.

"Əbədi imzalar" layihəsi çərçivəsində digər görkəmli bəstəkarlarımızın da əsərlərinin notlarının təqdimatı nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı FƏRMAN İMZALANDI

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bunun...

Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayı...

Türkiyədə bu sosial şəbəkə ilə bağlı QƏRAR VERİLDİ

Türkiyədə 29 apreldən etibarən “Threads” tətbiqindən istifadə dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumu...

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

İlham Əliyev Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib.   Sfera.az xəbər verir ki, bununla bağ...