No Image
No Image

Mehriban Əliyeva Zəfər muzeyi ilə bağlı tapşırıq verdi

Mehriban Əliyeva Zəfər muzeyi ilə bağlı tapşırıq verdi
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.

Eyni zamanda, görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.

Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparıldı. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.

Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan xalqı təzədən doğulub... – Maksim Şevçenko

Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanda misli görünməmiş bir vətənpərvərlik yüksəlişi başlayıb. Sfera.az xəbər verir ki, bunu rusiyalı ...

“Azərbaycanın İrəvandakı nümayəndəliyi...” – Babayandan şok iddia

"Nikol Paşinyan parlamentin tribunasından çıxış edərək, müxalifətin fəaliyyətinin əsirlərin geri qaytarılması prosesinə zərər verdiyini bəyan edir, o, bununla s...

Qarabağa bu gün yenə ermənilər gətirildi – STATİSTİKA

Bu gün Ermənistandan Qarabağa – Xankəndiyə daha 131 erməni gətirilib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bil...

Naxçıvanın bu kəndinin Azərbaycana qaytarılması üçün hazırlıq gedir

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər.  Sfera.az ...

Nazirdən Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım - FOTO

"Qarabağın dirçəlişinə dəstək cəmiyyətimizin həyat tərzinə çevrilməlidir”. Sfera.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter...

Xomeyni Trampı PUA ilə vurmaqla təhdid etdi - FOTO

İranın ali dini lideri Əli Xomeyni rəsmi "Twitter" hesabından sabiq ABŞ prezidenti Donald Trampa bənzəyən və qolf oynayan bir şəxsin pilotsuz uçuş aparatı tərəf...