Mehriban Əliyeva idman gimnastikasında kişilər arasında qaliblərin mükafatlandırılması mərasimində iştirak edib

Mehriban Əliyeva idman gimnastikasında kişilər arasında qaliblərin mükafatlandırılması mərasimində iştirak edib

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin yarışmasında qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

Sfera.Az-ın məlumatına görə, birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb. İkinci yeri isə Azərbaycan təmsilcisi Oleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib.

Üçüncü yerdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR