Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı

Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı
 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürən şəxslərə müraciət edib.

Sfera.az  xəbər verir ki, bununla bağlı Mehriban Əliyeva könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə minnətdarlığını bildirilib:

"Əziz həmvətənlər!

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm.

Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm. 

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram" 

Dərin hörmətlə,
MEHRİBAN

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...