Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
14:50 / 28.05.2020
1369
Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sfera.az xəbər verir ki, təbrik Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram” səhifəsində yerləşdirilib.
Təbrikdə deyilir:
"Bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”.