Mehriban Əliyeva 12 yaşlı qıza kömək etdi - VİDEO
15:46 / 27.04.2019
5584
Bir müddət əvvəl 12 yaşlı Leyla Nəsibova məhkəmə qərarı əsasında ailəsi ilə birlikdə evdən çıxarılmamasına kömək edilməsi üçün sosial şəbəkə vasitəsilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmişdi.
Sfera.az Azvision.az -a istinadən verdiyi məlumatına görə, Mehriban Əliyeva onun müraciətinə müsbət cavab verib. Belə ki, ilkin mərhələdə köməklik göstərilib, balaca Leyla və ailəsi evdən çıxarılmayıb.
Bununla bağlı Leyla Nəsibova video-müraciət yayaraq, göstərdiyi köməyə görə Birinci vitse-prezidentə təşəkkür edib.
12 yaşlı Leyla, həmçinin bildirib ki, video-müraciətdən sonra Heydər Əliyev Fondunun təsis etdiyi "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri onunla görüşüb və ailəsinin problemləri ilə yaxından maraqlanıblar.