No Image
No Image

Məhkumlar vaksin olunacaq yüksək riskli əhali qruplarına daxil edildi

Məhkumlar vaksin olunacaq yüksək riskli əhali qruplarına daxil edildi
COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb.

Sfera.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.

Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir. Sənəddə qeyd edilib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları aşağıdakılardır:

sosial:

- səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

 - hüquq mühafizə orqanlarının əməkdaşları;

 - hərbi qulluqçular;

 - saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

 - təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

tibbi:

- yaşlı əhali ≥65;

- Tənəffüs Sistemi Xroniki Xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

Firuzə Vahid

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşıb

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nə...

Keçmiş deputat DTX-da ifadə verdi

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli qalmaqallı "Baku Steel Company” işi ilə bağlı ifadə verib. Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə...

Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxdı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Sfera.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə ...

İcra başçısı daha bir qaziyə yüksək vəzifəyə verdi - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) daha bir qazi yüksək vəzifəyə təyin olunub. Sfera.az-ın məlumatına görə, icra başçısı Nahid Bağırovun sərəncamın...

Bakının 15 küçə və prospektində sıxlıq müşahidə olunur - FOTO

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agneltiyindən (BNA)...

Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yaydı

Bakı-Tbilisi-Bakı istiqaməti üzə reyslər martın 21-dən yerinə yetiriləcək. Sfera.az xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirili...