Məhkəmədən çıxan icra başçısı ailə üzvlərinə bu sözləri dedi

Məhkəmədən çıxan icra başçısı ailə üzvlərinə bu sözləri dedi
Mayın 6-da Səbail rayon Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev barəsində həbs qərarı qapalı iclasda çıxarıldı.
 
Sfera.az bizimyol.info-ya istinadən xəbər verir ki, V.Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısının ailə üzvləri gözləyirdi.

İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları V.Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirəndə sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: "Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq…”
V.Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

V.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...