Məhkəmə sevgilisini bıçaqlayan fenomeni sərbəst buraxdı
19:29 / 21.10.2021
1275
Sosial media fenomeni, 22 yaşlı Cin Eksum sevgilisini bıçaqlamaqda günahlandırılır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, fenomenin Manhettendəki evində mübahisə yaşadığı sevgilisini mətbəx bıçağı ilə yaraladığı bildirilib. Hadisə zamanı yaralanan 30 yaşlı adını açıqlanmayan şəxs Cin tərəfindən qolundan və kürəyindən bıçaq zərbələri aldığını qeyd edib.
Polis tərəfindən gözaltına alınan fenomenin işi məhkəməyə göndərilib. Məhkəmə Cinlə bağlı əvvəllər hər hansı cinayət işinin olmamasını göz önünə alaraq heç bir girov qarşılığı olmadan onun sərbəst buraxılmasına qərar verib.