Məhkəmə sədrini öldürən iş adamına hökm oxundu

Məhkəmə sədrini öldürən iş adamına hökm oxundu
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda hüquqşünas Firudin Ələkbərlini güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Əli Şəmiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, hakim Nural Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Ə.Şəmiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında baş verib.

Rayon sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu 1963-cü il təvəllüdlü, həmyerlisi Ələkbərov Firudin Muxtar oğlunu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub, daha sonra hüquqşünas kimi nümayəndəlik fəaliyyəti ilə məşğul olub.

İttihama görə, iş adamı Ə.Şəmiyevin şəriki ilə arasındakı 40 min manat borc mübahisəsi ilə bağlı məhkəmə çəkişmələrində F.Ələkbərli qarşı tərəfin nümayəndəsi olub.

Ə.Şəmiyev ifadəsində bildirib ki, F.Ələkbərli işi məhkəmədə uduzduğu üçün onu təhdid edib, müxtəlif formada hədələyərək puldan imtina etməyə məcbur etmək istəyib. Son görüşdə F.Ələkbərli tərəfindən təhqirə məruz qaldığı üçün silaha əl atdığını deyən Ə.Şəmiyev könüllü şəkildə polisə təslim olub.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham verilib. // "Report”

OXŞAR XƏBƏRLƏR

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...