Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi - 63 milyon dollarlıq təzminat
12:20 / 04.02.2021
2430
2021-ci il yanvarın 26-da SOCAR və "Palmali” arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilib.
Məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin "Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb.
Qeyd edilib ki, daha əvvəl də qeyd olunduğu kimi, SOCAR və "Palmali” arasında əvvəllər kommersiya münasibətləri mövcud olsa da, "Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə "Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırıb.
Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi "SOCAR Overseas” şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar verib.