Məhkəmə Azərbaycan Kunq-fu Federasiyasının prezidenti haqda qərar verdi

Məhkəmə Azərbaycan Kunq-fu Federasiyasının prezidenti haqda qərar verdi
Ali Məhkəmədə dələduzluq və digər cinayətlərdə təqsirləndirilən Barat İsrafilovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, B.İsrafilovun kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, 1960-cı il təvəllüdlü B.İsrafilov 1992-2018-ci illərdə Azərbaycan Kunq-fu Federasiyasının prezidenti vəzifəsində çalışıb. O, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, B.İsrafilov 2016-cı ildə L.İbrahimovaya dövlət tərəfindən onu mənzillə təmin etdirmək imkanına malik olduğunu bildirərək qadından 91 520 manat məbləğində pulu rüşvət qismində alıb.
B.İsrafilovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.1-ci (Ələ alma, rüşvət vermə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib.

Belə ki, onun 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını 7 ilə endirib. Daha sonra B.İsrafilov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib/Report.

OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...