\"Məhərrəmlikdə toyda oxumuşam, sonra evə gəlib imamlar üçün ağlamışam\" - Xalq artisti

\
Artıq bir neçə gündür ki, Məhərrəmlik başlayıb.

Uzun əsrlərdir ki, Azərbaycanda bu ayda təmtəraqlı toy mərasimləri etmək, əyləncələr, şənliklər keçirmək məqsədəuyğun hesab olunmur. Azərbaycanın bir sıra rayonlarında Məhərrəmliyə həssas yanaşılır. Hətta bəzi yerlərdə televizora baxılmır. Çörəyi toydan, el şənliklərindən çıxan sənət adamları bu ayda demək olar ki, işsiz qalırlar.

Buna baxmayaraq, 14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

Mövzu ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev bu aylarda toy etməyin əleyhinə olduğunu deyib:

"Mənim fikrimcə,  əvvəlcə İslama hörmət qoymaq lazımdır. Biz hamımız müsəlmanıq. Mən on dəfə Həccə gedib gəlmişəm. Gərək toy sahibləri Məhərrəm ayında toy eləməsin. Burada musiqiçinin, müğənninin, yaxud başqa birinin günahı yoxdur. Gərək toy sahibi bunu nəzərə alıb həmin vaxtda toy eləməsinlər. Çünki İmam Hüseyn başını 72 şühədası ilə birlikdə İslam yolunda qurban verib, dinimiz yolunda mübarizə ediblər. Onlar mübarizə aparıb  ki, Məhəmməd peyğəmbərin qoyduğu yol düzgün davam etsin. Lakin həmin vaxt imamımıza qarşı çıxanlar çox olub. Bu gün bu tarixi hadisəni xatırlamalıyıq, toy sahibləri bunu nəzərə almalıdırlar. Bu ayda toy etməyin əleyhinəyəm. İmam Hüseynə, həzrəti Abbasa xatir bir müddət gözləmək lazımdır. Həmin döyüşlərdə bələkdəki uşağı belə öldürüblər, amma imamımız din yolundan dönməyib, sona qədər savaşıb, deyib ki, bu haqq yoludur”.

Sənətçi Məhərrəm ayında toylara dəvət aldığını, məcburiyyət qarşısında qalaraq məclislərdə oxuduğunu bildirib:

"Məhərrəm ayında toya dəvət aldığım olub, hətta iştirak da etmişəm. Amma evimdə İmam Hüseyn üçün ağlamışam. Bu mənim işimdir, mənim müqaviləm var və həmin insanlarla işləməliyəm. Deyirlər ki, filan vaxtda filan toyda olmalısan. Məcburam ki, gedim, çünki onlarla müqavilə bağlamışam ki, sizin toylarınızda iştirak edəcəyəm. Qəlbimdə İmam Hüseynin məhəbbəti, gözlərim ağlaya-ağlaya məcburən gedib toyda oxumuşam. Mən yalan danışa bilmərəm, bunu etmişəm. Amma gərək bu aylarda toy etməsinlər. Özü də hökümətimiz 150 nəfərlik toy etməyə icazə verir, iki zal götürüb hərəsində 150 nəfərlə toy etmək olar. Elə şadlıq sarayları var ki, 4-5 zalı var, hərəsində 150 nəfərlə yoy etmək olar”.

OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...