Məhəbbət Kazımovun son arzusu nə imiş? – Fədayə Laçından paylaşım
11:44 / 12.11.2020
2942
Qəlbində Laçın həsrəti daşıyaraq bu dünyadan əbədi köç edən mərhum sənətkarımız Məhəbbət Kazımovun son arzusu Laçında dəfn olunmaq imiş.
Sfera.az xəbər verir ki, müğənni Fədayə Laçın ustad sənətkar haqqında etdiyi paylaşımda bu haqda yazıb.
"Niyə bu günləri görmədin? ”- yazan Fədayə Laçın mərhum sənətkarımızın son arzusu haqda bunları qeyd edib:
"Məhəbbət deyirdi ki, indiyə qədər nə istəmişəmsə, Allah onu mənə verib. Pul, maşın, ev - hamısına sahib oldum. Ancaq ürəyimdə bir arzu qalıb. Deyirdi ki, nə olar Allahım, mənə bir az ömür ver, doğulduğum Çorman kəndinə gedim. Elə orada - doğma qəbirstanlıqda da canımı tapşıram. Təki o yerlərdə öləydim”.
Jalə Mehdi
Sfera.az