"Məhdudiyyətlərin tətbiq olunması barədə düşünmək lazımdır" - DEPUTAT

Son günlər Azərbaycanda koronavirusa (COVİD-19) yoluxanların sayında kəskin artım qeydə alınır. Yoluxmalar xüsusilə orta məktəb müəllimləri və şagirdləri arasında çoxluq təşkil edir. Nəticədə ölkədə bir neçə məktəb tamamilə bağlanıb, bir çoxunda isə siniflər distant təhsilə keçib. Həmçinin universietlərdə də yoluxma hallarına görə qruplar onlayn dərslərə keçməli olub.
 
Bəs görəsən, belə bir situasiyada Operativ Qərargah hansı qərarlar qəbul edə bilər?
 
Sfera.az xəbər verir ki, Mövzu ilə bağlı suallarıMilli Məclisin deputatı Qüdrət Həsənquliyev cavablandırıb. O bildirib ki, yoluxmanın sayının artdığı təqdirdə müəyyən məhdudiyyətlərə getmək lazımdır:
 
"Burada insan həyatından söhbət gedir. Bundan başqa vaksinasiya prosesini sürətləndirmək lazımdır. Təklif edirəm ki, vaksindən imtina edən şəxslər koronavirusa yoluxarsa, onlar öz xərcləri hesabına müalicə olunsun. Dövlət onların müalicəsini öz üzərinə götürməməlidir. Bu da təqribən 3 min manata yaxın vəsait deməkdir. Yaxın günlərdə parlamentin iclaslarında bununla bağlı məsələ qaldıracam. Bununla bağlı qanunvericilik səviyəsində, yaxud Nazirlər Kabineti tərəfindən belə bir qərar verilə bilər. Vaksinasiya prosesini sürətləndirmək üçün bu vacibdir”.
 
Deputat bildirib ki, yoluxma sayı daha da artarsa, müəyyən məhdudiyətlərin tətbiq edilə bilər:
 
"Biz gözləyə bilmərik ki, günlük yoluxma statistikası 4-5 mini ötsün. Lazım gələrsə, məktəblər və universitetlər də bağlana bilər. Qonşu ölkə Rusiyada 8 günlük tətil elan edilib. Çində hansısa ərazidə 20-25 yoluxma olduğu halda həmin ərazinin tam qapanması ilə bağlı qərar veriilir. Bizdə isə günlük yolxuma sayı 2 mini keçir. Hesab edirəm ki, hökumət bu məsələdə həssas davranmalıdır. Məhdudiyyətlərin tətbiq olunması barədə düşünmək lazımdır".
 
(Redaktor.az)

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...