Məğlub general müdafiə naziri olmaq astanasında... - Paşinyanın məqsədi nədir?

Məğlub general müdafiə naziri olmaq astanasında... - Paşinyanın məqsədi nədir?
"Vaqarşak Arutyunyanın Müdafiə Nazirinin vəzifəsini həyata keçirməkdən uzaqlaşdırılması Ermənistanda çoxdan gözlənilirdi və bu siyasi dairələr üçün təəccüblü olmadı”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan ordusunda son zamanlar baş verən dəyişikliklərdən danışarkən deyib. Müsahibimiz qeyd edib ki, gözlənilməz olan bu dəyişikliyin belə tez baş verməsi idi:

"Çünki Ermənistanda növbədənkənar parlament seçkisinin nəticələri hələ tam reallaşdırılmamışdı və Paşinyan hakimiyyətin formalaşdırılması məsələsinə yenicə başlayırdı. Azərbaycan-Ermənistan sərhədində də vəziyyət müdafiə nazirliyi sahəsində bu səviyyəli dəyişikliyə imkan vermirdi. Baş Nazir səlahiyyətlərinin icraçısı hökumətin formalaşdırılmasına qədər gözləyə bilərdi. Amma Vaqarşak Arutyunyanın Rusiya hərbi elitasına yaxınlığı və Paşinyanın Rusiyanın hərbi sahədə Ermənistana problemlər yaradacağı qorxusu onu bu kadrı bir an əvvəl hakimiyyətdən uzaqlaşdırmağa məcbur etdi. Ümumiyyətlə, Moskva səfərindən sonra Paşinyan Rusiya ilə daha ehtiyatlı davranmaq kursu götürüb. Yəqin, Rusiyanın nəyə qadir olduğunu ona son səfəri zamanı bir daha  başa salıblar”.

Politoloq həmçinin Arşak Karapetyanın müdafiə nazirinin birinci müavini və nazirin səlahiyyətlərini icra edən təyin olunmasından da söz açıb. O bildirib ki, Paşinyanın seçimi heç də müsbət qarşılanmayıb:

"Müxalif qüvvələr Karapetyanı müharibədə məğlub olan zəif komandir kimi qiymətləndirərək Paşinyanı yaylım atəşinə tutublar. Onun Azərbaycan ordusuna qarşı dayana biləcək yeni ordu yaratmaq vəzifəsinin öhdəsindən gələ biləcəyinə Ermənistanda  inanan yoxdur. Amma Paşinyanın da real vəziyyətdən çıxış etməsi göz qabağındadır. Baş Nazir səlahiyyətlərini həyata keçirən şəxs üçün indiki şəraitdə müharibədə qalib gələn hərbçi tapmaq olduqca çətin məsələdir. Köçəryan və Sarkisyanın kadrlarından istifadə etmək isə özünəqəsdə bərabərdir.

Digər tərəfdən Paşinyana revanşist əhval-ruhiyyəli deyil, münasibətlərin inkişaf etdirilməsinə yardım edə biləcək hərbçi daha çox lazımdır. Karapetyanın Rusiya hərbi dairələri ilə münasibəti də Paşinyana qarşı dayanacaq səviyyədə deyil və onun nə zamansa indiki Baş Nazir vəzifələrini həyata keçirən şəxsə arxa çevirəcəyi, keçmiş  Baş Qərargah rəisi Onik Qasparyan və onun müavini Tiran Xaçatryan kimi ona qarşı dönük çıxacağı istisnadır. Paşinyan həqiqətən onun hərbi və siyasi karyerasında silinməsi mümkün olmayan  çox ciddi rol oynayıb. Bütün bu faktorlar Arşak Karapetyanı Ermənistan müdafiə naziri vəzifəsinin bir addımlığna qədər gətirib çıxarıb. Sonrakı təyinatların həyata keçməsi isə daha çox onun özündən və siyasi şəraitdən asılı olacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...