Medvedev də boşanır – Putinlərin ssenarisi təkrarlana bilər

Medvedev də boşanır – Putinlərin ssenarisi təkrarlana bilər
Rusiyanın Baş naziri Dmitri Medvedevin arvadından boşanması barədə xəbər yayılıb. 

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Svetlana Medevedevanın son zamanlar ictimaiyyət arasında az-az görünməsi onların boşanması barədə şayiələrin yaranmasına səbəb olub. Yayılan xəbərə görə, Baş nazirlə xanımının boşanması barədə məlumat yaxın zamanda təsdiqlənə bilər. Belə ki, bu həftə sonu Böyük teatrda tamaşaya qoyulacaq "Karmen”i izləmək üçün Medvedevlər də gələcək. Onların tamaşa zamanı vacib açıqlama verəcəyi bildirilir. 

Medvedevin teatrda açıqlama verəcəyi rəsmən təsdiqlənib. Lakin bu açıqlamanın hansı mövzuda olacağı məlum deyil. 

Bu isə şübhəsiz ki, 3 il öncə "Esmeralda” tamaşasının antraktı zamanı Rusiya prezidenti Vladimir Putinin arvadı ilə birgə boşanmaları barədə etdikləri açıqlamanı xatırladır. Məmurlardan birinin verdiyi məlumata görə, artıq Medvedev də "mən yorulmuşam, mən gedirəm” şəklində açıqlama verməyə hazırdır.

OXŞAR XƏBƏRLƏR