Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...
Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.
 
Sfera.az bildirir ki, yazar kosmonavtın İngiltərə kraliçası II Elizabetin ayağını sığalladığını deyib. 

Morton "Daily Mail” qəzetində dərc olunan məqaləsində, hadisənin 1961-ci ildə Qaqarinin kommunist təbliğatı aparmaq üçün dünya turuna göndərildiyi zaman baş verdiyini bildirib. Onun sözlərinə görə, Kraliça II. Elizabet Bukinqem sarayında  kosmonavtı qəbul etmək üçün səhər yeməyinə düşüb. Bu zaman 35 yaşlı kraliçanın yanında əyləşən Qaqarin əli ilə onun ayağını sığallayıb. Həmin vaxt kofe içən kraliça Qaqarinin bu hərəkətindən çox təəccüblənsə də, sakit və hiss olunmadan gülümsəməyə davam edib. İddialara əsasən Qaqarin kraliçaya, "Sizin kukla deyil, real insan olduğunuza əmin olmaq üçün ayağınıza toxundum", - deyə bildirib və əlini geri çəkib.

Həmçinin yazıda Qaqarinin səhər yeməyi zamanı hansı bıçaqdan istifadə edəcəyinə əmin olmadığı da qeyd olunub.  Bildirilib ki, kraliça bunu anlayaraq nəzakətlə, "Hörmətli Qaqarin, mən bu sarayda böyümüşəm. Amma inanın, hələ də bilmirəm ki, bütün bu çəngəl-bıçaqlardan hansı ardıcıllıqla istifadə edim”, - deyərək kosmonavtı  təsəlli etməyə çalışıb.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR