Rus turistlərin Türkiyədə daha çox getdiyi hotellər – Adlar və qiymətlər AÇIQLANDI

Rus turistlərin Türkiyədə daha çox getdiyi hotellər – Adlar və qiymətlər AÇIQLANDI
Aprel ayında rusiyalı turistlər üçün Türkiyədə ən əlverişli, ucuz beşulduzlu otellərin adları açıqlanıb.

Sfera.az "Lenta.ru”ya istinadən xəbər verir ki, turoperatorların məlumatına əsasən rusiyalılar arasında daha çox tələb Antalyada yerləşən və premium seqmentinə aid olan  "Club Hotel Sera”dır. Moskvadan təyyarə bileti də daxil olmaqla 2 nəfərin bu otelə gəlib, gündə 3 dəfə yeməklə bir həftə qalıb standart xidmətlərdən istifadə etməsi 2 037 dollara (3 463 manat) başa gəlir.

Rusiyalı turistlərin müraciət etdiyi ikinci hotel Belekdə (Antalyada qəsəbə) yerləşən "Alva Donna Exclusive Hotel & Spa”dır. Burada bir həftə ərzində iki nəfərlik istirahət  göndərişi 2 470 dollar (4 200 manat) təşkil edir.

Belekdəki "Port Nature Luxury Resort Hotel & Spa” rus turistlərin daha çox tələb etdiyi hotellər sırasında 3-cü yerdədir. Burada  iki nəfərin yeddigünlük istirahət xərcləri 2 222 dollardan (3 777 manat) başlayır.

Məşhurluğuna görə növbəti yerdə yenə də Belek qəsəbəsində olan hoteldir. Hotelin adı "Bellis Deluxe”dir. Burada həftəlik istirahətin qiyməti 2 407 dollardır (4 092 manat).

Adıçəkilən hotellərlə bərabər rus turistlərin Side antik şəhərində olan "Bosphorus Sorgun Hotel” (1 865 dollar), Antalyadakı "Justiniano Club Park Conti” (1 728 dollar) və "Akka Antedon” (2 160 dollar) hotellərinə tələbi böyükdür.

Xatırladaq ki, Türkiyə hökuməti rusları cəlb etmək üçün 3  mərhələdən ibarət "yol xəritəsi” qəbul edib. Plana əsasən, Rusiyada fəaliyyət göstərən türk tur operatorlarına rusiyalı turistlərin Türkiyə kurortlarına daşınması üçün ümumi məbləği 300 milyon dollar məbləğində kredit ayrılacaq.
 
Vasif

 

OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...