Medvedev NATO-ya qoşulmaq istəyən ölkələri "düşmən" adlandırdı - "Baltikyanı regionda hərəkətə keçəcəyik"
Media
12:20 / 14.04.2022
1932
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Skandinaviya ölkələrinin son addımı ilə bağlı açıqlama verib.
Sfera.az bildirir ki, o, sözügedən ölkələrin NATO-ya qoşulmasının Rusiya üçün böyük fərq yaratmayacağını deyib: "Sadəcə olaraq, bir neçə düşmən əlavə olunacaq”.
Medvedev, həmçinin bəyan edib ki, İsveç və Finlandiya NATO-ya üzv olarsa, Rusiya Baltikyanı regionda hərəkətə keçəcək.
Xatırladaq ki, Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Maqdalena Andersson Stokholmda görüşərək NATO-ya üzvlük məsələsini müzakirə ediblər. Liderlər ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında açıqlama veriblər. Marin bildirib ki, yaxın həftələrdə Finlandiyanın NATO-ya üzv olub-olmayacağına qərar veriləcək.
Günay Rəsulqızı
Sfera.az