“MEDİA ilk addımlarını atır” - Əhməd İsmayılov

“MEDİA ilk addımlarını atır” - Əhməd İsmayılov
"MEDİA ilk addımlarını atır”.
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Dənizkənarı Milli Parkda Milli Mətbuat Gününə həsr olunan tədbirdə deyib.
 
Jurnalistlərdən agentliyi dəstəkləməklərini xahiş edən Ə.İsmayılov bütün layihələrdə təkliflərə açıq olduğunu bildirib: "Biz qələbənin carçılarıyıq. Çox xahiş edirəm, bu tempi saxlamaqda bizə kömək edəsiniz”.
 
Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov bildirib ki, son dövrlər media sahəsində islahatların dərinləşdirilməsi gündəmə gəlib: "Bunun nəticəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradıldı. MEDİA-nın yaradılmasından çox müddət keçməsə də, onların fəaliyyətini fədakarlıq kimi qiymətləndirirəm. Onlar bütün media nümayəndələri ilə görüşlər keçirməyə çalışırlar. Biz də MTRŞ olaraq MEDİA ilə əməkdaşlıq edirik”.
 
F.Novruzov Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin də xatirəsini yad edib və qeyd edib ki, onların fəaliyyətini bu gün anmamaq mümkün deyil.

 
Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...