\"Məcburi köçkünlər\"in statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olunub

\
"Azad edilən ərazilərə əhalinin repatriasiyası prosesinin fundamental əsaslarının müəyyən edilməsi üçün ilk növbədə keçmiş məcburi köçkünlər arasında sorğular aparılıb. Sorğuların nəticələrinə əsasən, müvafiq planlaşdırma sxemləri hazırlanıb".

Sfera.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları adlı elmi-praktiki konfrans"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əhalinin repatriasiyası sosial demoqrafik dinamika nəzərə alınmaqla könüllülük, sosial ədalətin qorunması, o cümlədən əmlak və mülkiyyət hüquqlarının qorunması kimi prinsiplər əsasında aparılıb: "Məcburi köçkünlərin qayıdışının effektiv təşkili və hüquqi bazanın yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi baxımından Dövlət Komitəsi tərəfindən artıq həmin şəxslərin statusu haqqında qanun layihəsinin ilkin variantı Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, rəy bildirmək üçün müvafiq nazirlik və komitələrə təqdim olunub. Həmçinin əhali arasında məlumatlılığın təmin olunması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin əhatəliliyinin şaxələndirilməsi ediləcək işlərə daxildir. Eyni zamanda, əhalinin repatriasiyası ilə bağlı məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili, müvafiq məlumatların əlçatanlığının təmin olunması üçün elektron məlumat bazasının yaradılması da qabaqcıl işlər sırasındadır".


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...