"Məcburi köçkünlər"in statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olunub

"Azad edilən ərazilərə əhalinin repatriasiyası prosesinin fundamental əsaslarının müəyyən edilməsi üçün ilk növbədə keçmiş məcburi köçkünlər arasında sorğular aparılıb. Sorğuların nəticələrinə əsasən, müvafiq planlaşdırma sxemləri hazırlanıb".

Sfera.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları adlı elmi-praktiki konfrans"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əhalinin repatriasiyası sosial demoqrafik dinamika nəzərə alınmaqla könüllülük, sosial ədalətin qorunması, o cümlədən əmlak və mülkiyyət hüquqlarının qorunması kimi prinsiplər əsasında aparılıb: "Məcburi köçkünlərin qayıdışının effektiv təşkili və hüquqi bazanın yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi baxımından Dövlət Komitəsi tərəfindən artıq həmin şəxslərin statusu haqqında qanun layihəsinin ilkin variantı Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, rəy bildirmək üçün müvafiq nazirlik və komitələrə təqdim olunub. Həmçinin əhali arasında məlumatlılığın təmin olunması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin əhatəliliyinin şaxələndirilməsi ediləcək işlərə daxildir. Eyni zamanda, əhalinin repatriasiyası ilə bağlı məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili, müvafiq məlumatların əlçatanlığının təmin olunması üçün elektron məlumat bazasının yaradılması da qabaqcıl işlər sırasındadır".

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Kunio Makuriyanı videoformatda qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Makuriyanı videoformatda qəbul edib. Sfer...

Kuba səfirinin diplomatik fəaliyyəti başa çatdı - Foto

Xarici işlər naziri Ceyhun Bayramov Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondonu ölkəmizd...

Prezident qanunu təsdiqlədi

Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, əmək ...

Yerevanın qaçhaqaçla açılan "45-ci günü" - Müharibədən sonra Rusiya pasportu alan ermənilərin sayı açıqlandı

"Ötən il 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığı alıb. Bu, bir ölkə üçün dəhşətli statistikadır. 44 günlük müharibədən sonra ermənilərin Rusiyaya köçü d...

Rusiyanın müharibə planı haqda: "Ukraynadan sonra növbə Özbəkistana gələcək və oradan da..."

"Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya hər zaman istər Qafqaz, istərsə də Orta Asiya ölkələrini təhdid altında saxlamağa çalışıb. Rusiya Federasiyasının Müs...

"Rusiya yalnız lokal döyüşlərlə kifayətlənəcək" - AÇIQLAMA

ABŞ və Rusiya arasında Ukrayna fonunda davam edən böhran davam edir. Rusiyanın ABŞ-a verdiyi təkliflərə Vaşinqton yazılı, mənfi cavab verib.   Bununla ba...